Maşın ağaca çırpıldı, sürücü öldü

ÖLKƏ
22:27 / 25.03.2022
1051

Ağstafada ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə VAZ markalı avtomobilə, daha sonra isə yolun kənarında olan ağaca çırpılıb.

Qəza zamanı “Mercedes”in sürücüsü, 1987-ci il təvəllüdlü Talıbov Teymur ölüb.

Faktla bağlı araşdırma aparılır.

0