Keçmiş bələdiyyə sədri dərmandan zəhərləndi

ÖLKƏ
23:37 / 29.03.2022
983

Qax rayonunda dərmandan zəhərlənmə faktı qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, bu gün Qax rayonunun Qum kənd sakini, 44 yaşlı Fərid Həşimov dərman zəhərlənməsi diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub.

Fərid  Həşimovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, Fərid Həşimov uzun müddət Qum kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır.

0