Müğənni Rəqsanənin əri təyyarə alıb – O təyyarədən dünyada cəmi…

ÖLKƏ
16:04 / 31.03.2022
2462

Müğənni Rəqsanənin əri Fazil Əmiraslanov təyyarə alıb. 

Moskvadakı mənbələrdən Gundem.az-a daxil olan məlumata görə, təyyarə Rusiya istehsalı olan "Sukhoi Superjet" modelidir.  Bu, aztutumlu sərnişin təyyarəsidir. Təyyarə maksimum 100 sərnişin daşıya bilir. Məlumata görə, təyyarənin dizaynı dəyişirdiləcək. 

"Sukhoi Superjet  ilk dəfə 19 aprel 2011-ci ildə istismara verilib. Təyyarə Rusiyanın Komsomolsk-Amur şəhərində yerləşən aviasiya zavodda istehsal olunub. Bu günə qədər sözügedən təyyarədən 200 ədəd istehsal edilib. Hazırda onlardan 162-si istifadə olunur. 

Xatırladaq ki, Fazil Əmirasalnov neçə illərdir ki, Moskvada iri bizneslə məşğul olur. Onun "Bakkara XXI", "Luç-SB" ,  "Sofiya ML"  "Korvet İnvest" kimi iri şirkətlərinin sahibidir. Bundan başqa onun Rusiya paytaxtında “Mayak” adl Ticarət Mərkəzi də var. 

Onun şirkətləri restoran, daşınmaz əmlakın alqı-saqısı, habelə topdansatış ticarəti üzrə ixtisaslaşıb.

Rəqsanə İsmayılova həyat yoldaşı ilə 2011-ci ildə məclislərdən birindən tanış olub. 4 illik sevgi münasibətlərindən sonra cütlük evlənmək qərarına gəlib. Fazil Əmiraslanov Rəqsanənin iki qız övladını da öz soyadına keçirib.

0