Məşhur müğənni Ukrayna ordusu üçün 1,5 milyon göndərdi

ÖLKƏ
20:46 / 31.03.2022
955

Ukraynanın Əməkdar artisti Svetlana Loboda ölkəsinin ordusu üçün yardım göndərib.

Hit.az xəbər verir ki, bu barədə Borispol meri Vladimir Borisenko feysbukdakı canlı çıxışı zamanı məlumat verib. O bildirib ki, müğənni ordu üçün hərbi avtomobil alıb.

Sənətçi zirehli gödəkçə və turniketlərin alınması üçün isə 1,5 milyon qriven (təxminən 86 min 400 manat) pul göndərib.

0