Bakıda "Bala bilgə nəşrləri” adlı I uşaq kitab festivalı keçiriləcək.
Qaynarinfo xəbər verir ki, sözü gedən festival Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə ərsəyə gələcək. Aprelin 2-3-də baş tutacaq festival "Passaj-1901” Nigar Rəfibəyli 12/14 ünvanında keçiriləcək. Səhər saat 10:00-da başlayan festival öz işini axşam saat 20:00-da yekunlaşdıracaq.
Festivalda yazar Həmid Piriyevin də imza günü keçiriləcək. Onun "Balaca delfinin macəraları” kitabının imza törəni aprelin 3-də saat 14:00-15:00 aralığında təşkil olunacaq.