İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirildi - FOTOLAR

ÖLKƏ
15:43 / 02.04.2022
1342

Bakıda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi olub.

“Report”un məlumatına görə, mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, energetika naziri Pərviz Şahbazov, təhsil naziri Emin Əmrullayev, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo iştirak ediblər.

Nazirlər universitetin təsisi ilə bağlı sənədə imza atıblar.

Qeyd edək ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması layihəsində tərəfdaş qismində İtaliyanın beş universiteti çıxış edir.

0