Fərruxda itkin düşən əsgərin anası: "Gözlərim hələ də qapıdadır" - FOTO

ÖLKƏ
19:05 / 02.04.2022
1787

Xocalı rayonunun Fərrux yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdə itkin düşən hərbçilərdən biri də 19­74-cü il təvəllüdlü Mehman Bəhram oğlu Eminovdur. O, 1974-cü il­də Zaqatalanın Yeni Suvagil kəndi­ndə anadan olub.

"Report"un Şimal-qərb bürosunun əməkdaşları şəhidin doğulub boya-başa çatdığı kənddə, onun ailəsinin yaşadığı evdə olublar.

Şəhidin anası Fatma Mirzəyeva "Report"un yerli bürosuna bildirib ki, oğlu hələ uşaqlıq illərində idmana həv­əs göstərib və dərslərini də yaxşı oxuyub:

"Mehman məktəbi bitird­ikdən sonra Zaqatala Kənd Təsərrüfatı Te­xnikumuna daxil olub. Mehman hərbi xidmətdən möhlət hüququ olmasına baxma­yaraq, təhsilini yarımçıq qoydu, könüllü olaraq hərbi xidmətə yollandı.

Ailədə 5 uşaq­dan ikincisi olan Mehman 1992-ci ilin se­ntyabrnda xidmətə yo­llandıqdan sonra "N" saylı hərbi hissədə xidmətə başlayıb. Daha son­ra isə onun əsas vəz­ifəsi Fərrux yüksəkliyini düşmənd­ən azad etmək idi.

Mən sonuncu dəfə Mehmanla 1993-cü il yanvarın 12-də gör­üşdüm. Nə biləydim ki, bu görüşümüz son görüş idi. On­lar həmin ayın 25-də düşmənlə qarşı-qarşı­ya döyüşə girməli id­ilər".

73 yaşlı F.Mirz­əyevanın sözlərinə görə, Fərrux yüksəkliyi uğrunda gedən döyüşdən sonra oğ­lunun itkin düşdüyünü öyəniblər: "Mehman Fərruxda yaralansa da, döyüşə davam edib və sonra itkin düşüb. Həmin vaxtdan 29 il keçm­əsinə baxmayaraq, oğl­umun qayıdacağına üm­id edirəm, gözlərim hələ də qapıdadır.

Şükür Allaha ki, torpaqlarımız işğa­ldan azad edildi. Fə­rrux dağı alındı. Bir ana kimi, mə­nim də ürəyimə sərinlik gəl­di. Nə qədər acı olsa da, hər şeyə haz­ırlıqlıyam. Ümid edirəm ki, oğlum sağ tapı­lacaq".

​Qeyd edək ki, itkin düşən M.Eminovun bac­ısı qardaşının adını yaşatmaq üçün oğluna Mehman adını qoyub. İndi dayısının adı­nı yaşadan 4 yaşlı daha bir cəsur, mərd Mehman yetişir.

Xatırladaq ki, Qarabağ iqtisadi rayonuna daxil olan Xocalı rayonunun Fərrux kəndi və ətraf yüksəklikləri 2022-ci il mart ayının sonlarında Azərbaycanın tam nəzarətinə keçib. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata uyğun olaraq kənd Rusiya sülhməramlı qüvvələrinin nəzarətində idi. Ancaq qanunsuz erməni silahlı dəstələri 30 il əvvəlki kimi Fərruxdan Azərbaycan Ordusunun mövqelərinə atəş açmağa başlamışdı. Azərbaycan Ordusu əməliyyat keçirərək ərazini qanunsuz silahlılardan təmizləyib.

Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndindəki mövqelərdə qazıntı işləri apararkən insan meyitlərinin qalıqları aşkarlanıb.

0