Külək Xırdalanda məktəbin damını uçurdu - FOTOLAR

11:29 / 04.04.2022
1397

Bakıda əsən güclü külək fəsadlar törədib.

Külək Xırdalan şəhərində yürləşən 9 saylı orta məktəbin damını uçurub.

Bu barədə Qaynarinfo-ya hadisə şahidləri məlumat verib.

Qeyd edək ki, səhər saatlarından ölkə ərazisində başlayan güclü şimal-qərb küləyi gün ərzində davam edəcək. Sabah səhər saatlarından başlayaraq küləyin gücü tədricən mülayimləşəcək. Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir.

1