Operativ Qərargah 2 vacib məlumatı əhaliyə çatdırdı - FOTO

ÖLKƏ
17:21 / 04.04.2022
914

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hit.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 792 067 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 040 nəfər müalicə olunaraq sağalıb, 9 698 nəfər vəfat edib, aktiv xəstə sayı 329 nəfərdir.

Ölkədə son sutka ərzində 2 106, hazırkı dövrədək isə 6 716 463 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 3 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

0