Ukraynada həlak olan soydaşımız Azərbaycan himninin sədaları ilə son mənzilə yola salındı - VİDEO

23:44 / 05.04.2022
1985

Ukrayna ərazisində davam edən hərbi əməliyyatlarda həlak olmuş soydaşımızın cənazə mərasimindən görüntülər yayımlanıb.

Videoda Ukraynanın ərazi bütövlüyünü müdafiə edərkən həyatını itirmiş soydaşımızın ukrayna dilində oxunan Azərbaycan himninin sədaları altında son mənzilə yola salınması əks olunub.

Vida törəninin Ukraynanln paytaxtı Kiyevdə baş tutduğu qeyd olunur.

Görüntülər Ukraynanın “Telegram” kanallarında yayımlanıb. 

0