Bakıda zəncirvari qəza: Hadisə anı - VİDEO

ÖLKƏ
11:35 / 07.04.2022
2166

Bakıda zəncirvari yol qəzası olub, üç avtomobil toqquşub.

Hit.Az report-a istinadən bildirir ki, hadisə Novxanı-Sumqayıt avtomobil yolunun Binəqədi rayonunun Novxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Volkswagen Passat", "Prado" minik avtomobilləri və yük maşını toqquşub. Nəticədə hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb.

Hadisə anı digər avtomobildə olan kamera vasitəsilə lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.

0