Məzahir Pənahov bu vəzifəsindən də gedib (Əlavə olunub)

ÖLKƏ
09:31 / 08.04.2022
2434

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Bakı Dövlət Universitetinin (BDU) Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsini tərk edib.

Qaynarinfo-nun verdiyi məlumata görə, Məzahir Pənahov MSK sədri vəzifəsini tutduğu üçün 25 ildir müdiri olduğu Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasındakı vəzifəsindən getməli olub.

ƏLAVƏ OLUNUB:

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun Bakı Dövlət Universitetinin (BDU) Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunmayıb, öz ərizəsi ilə gedib.

Bu barədə Qaynarinfo-ya BDU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib: "Məzahir Pənahov indi yox, 27 may 2019-cu ildə öz ərizəsi ilə işdən azad olunub. 

Fakültə Elmi Şurasının qərarı ilə bu ilin yanvarın 27-də Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə Rəhim Rəhimov seçilib".

Qeyd edək ki, Məzahir Pənahov 1993-cü ildə Fizika-riyaziyyat elmləri doktoru, professordur. 1991-ci ildən 1996-cı ilədək Ümumi fizika kafedrasının, 1996-cı ildən Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri olub. O, 19 may 2000-ci ildən MSK-ya rəhbərlik edir.

0