Avropa İttifaqı Ukraynaya hərbi yardımı artırır

ÖLKƏ
09:45 / 08.04.2022
935
Avropa İttifaqı Ukraynaya hərbi yardımı daha 500 milyon avro artıracaq. "Unikal"ın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel "Twitter" hesabında məlumat verib. O qeyd edib ki, Avropa İttifaqı diplomatı Cosep Borrelin təklifi ilə Avropa Sülh Fondunu Ukraynanı daha 500 milyon avro ilə təmin etməyi planlaşdırır. "Sürətli təsdiqdən sonra bu, Aİ-nin Ukraynaya hərbi yardımını 1,5 milyard avroya çatdıracaq", - Mişel əlavə edib.
0