Gecə klubunda yaralananlardan biri də vəfat etdi - FOTO

ÖLKƏ
13:38 / 10.04.2022
1435

Bakıda “Location” gecə klubunda baş verən partlayışda yaralananlardan daha biri vəfat edib.

HİT.az xəbər verir ki, Ayxan Feyzulladə adlı şəxs dünyasını dəyişib. O, gecə klubunda ofisiant işləyirmiş.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.

Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aprelin 6-da isə 1999-cu il təvəllüdlü Fərqanə, Eynullayeva, aprelin 9-da Gülbala Abdullayev vəfat edib. Ayxanın da vəfatıyla klubda baş verən partlayışda ölənlərin sayı dördə çatıb. 

0