Bu gün Avtosfer.az-ın 8 yaşı tamam olur

ÖLKƏ
16:01 / 11.04.2022
1026

Bu gün Avtosfer.az saytının 8 yaşı tamam olur. 

Sayt 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Jurnalistika və İnkişaf Mərkəzi» İB tərəfindən həyata keçirilən «Peşəkar sürücü; yol hərəkətində hüquq və vəzifələr» adlı layihə çərçivəsində yaradılıb. 

Qısa müddətdə yol hərəkəti qaydaları, avtomobil xəbərləri və ümumilikdə nəqliyyat sahəsində ixtisaslaşmış sayta çevrilən Avtosfer.az fəaliyyət göstərdiyi illər ərzində ölkənin ən peşəkar və tanınmış saytları sırasına qalxa bilib. 

Bu gün nəqliyyatın bütün sahələrini özündə birləşdirən Avtosfer.az sürücü, piyada və ümumilikdə cəmiyyətimiz üçün faydalı olan bir məkana çevrilə bilib. 

Oxucular öz problemlərinin həlli üçün sayta müraciət edir, eyni zamanda onları maraqlandıran suallara cavab alırlar. 

Avtosfer.az bu 8 ildə kifayət qədər auditoriya toplaya bilib.

0