Polis Şöbəsində baş verən intiharla bağlı RƏSMİ MƏLUMAT

ÖLKƏ
17:53 / 11.04.2022
1326

Baş Prokurorluq Yevlax Polis Şöbəsində baş verən intiharla bağlı açıqlama yayıb.

Prokurorluqdan Hit.az-a verilən məlumata görə, aprelin 9-u saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham Əsgərovun saxlama kamerasında intihar etməsi barədə Yevlax rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

0