AQTA sədrindən “Kinder” yumurtalarında bakteriya aşkarlanmasına MÜNASİBƏT

ÖLKƏ
14:26 / 12.04.2022
675

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İtaliyanın "Ferrero” şirkətinin Belçikada yerləşən müəssisəsində istehsal olunan kinder yumurtalarına və digər məhsulllarında salmonella bakteriyası aşkarlanmasına münasibət bildirib.

"Report”un xəbərinə görə, Q.Təhməzli deyib ki, bu məhsullardan Azərbaycana da bəzi partiyalar gəlib:

"Onlar bizim tərəfimizdən ekpertiza olunub. Onların tərkibində salmonella bakteriyası aşkar edilməyib. Hazırda marketlərdə görünən məhsullar o kateqoriyaya aid deyil”.

O əlavə edib ki, ümumiyyətlə dünyada "Kinder” məhsullarının yığışdırılması ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur.

0