Elman Rüstəmov bu iki qurumda yüksək vəzifədə qalır

ÖLKƏ
17:21 / 12.04.2022
2445

Xəbər verdiyimiz kimi, bu gün Elman Rüstəmov Milli Məclisin keçirilən iclasında Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən və sədri vəzifəsindən azad edilib.

Qaynarinfo-nun məlumatına görə, AMB-də vəzifəsini itirən Elman Rüstəmov Dövlət Neft Fondunda və Azərbaycan Sənaye Korporasiyasında rəhbər şəxslərdən biridir.

Belə ki, E.Rüstəmov Dövlət Neft Fondunun və "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin  Müşahidə Şurasının üzvüdür.

3