Azərbaycanda hakim "TikTok"da çox vaxt keçirdiyinə görə qadını boşadı

ÖLKƏ
18:22 / 12.04.2022
1145

Azərbaycanda nikahın pozulmasına dair iddia tələbi üzrə maraqlı məhkəmə prosesi baş tutub.

Hit.az xəbər verir ki, bu barədə vəkil Vamiq Şükürov bildirib.

"Məhkəmə prosesində boşanma iddiasına baxılırdı. Ər iddia edirdi ki, arvadı bütün gün vaxtını “TikTok” sosial şəbəkəsində keçirir. Orada çoxlu izləyicisi var, buna görə ailəsinə və uşaqlara baxmır. Qadın da bunu təsdiq etdi. Lakin bildirdi ki, bütün günü “TikTok"da olsa da, ailəsinə baxır. Hakim uşaqları sorğu-sual etdi, fakt öz təsdiqini tapdı. Hakim bundan sonra boşanma barədə qərar qəbul etdi", - deyə vəkil qeyd edib.

0