Yanan avtomobili söndürən DYP əməkdaşları xəsarət aldı - FOTO

ÖLKƏ
23:23 / 12.04.2022
997

Göyçay rayonunda avtomobildə baş verən yanğın yol polisi əməkdaşları tərəfindən söndürülüb.

APA-nın yerli bürosunun xəbərinə görə rayon sakini Fuad Qasımov idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə Göyçay şəhərinin Natəvan küçəsindəki 13 saylı uşaq bağçasının qarşısına gəlib.
 
O, uşağı bağçadan götürən zaman avtomobilin mühərrikində yanğın baş verdiyini görüb və dərhal Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verib. Yaxınlıqda olan Göyçay rayon Polis Şöbəsinin yol polisi bölməsinin əməkdaşları, polis baş serjantı Cəlal Teymurov və Elçin Mehralızadə dərhal hadisə yerinə gələrək yanğına müdaxilə ediblər. Onlar alovu söndürərək avtomobilin yanmasının qarşısını alıblar. Polis əməkdaşları yanğını söndürən zaman əllərindən yüngül yanıq xəsarəti alıblar. Sürücü Fuad Qasımov yanğını görən kimi dərhal köməyə gələn polis əməkdaşlarına təşəkkür edib.

0