Deputatın qardaşı vəfat etdi

ÖLKƏ
10:04 / 14.04.2022
1538

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova ağır itki üz verib.

Qaynarinfo xəbər verir ki, deputatın qardaşı Əli Əsgərov vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Əli Əsgərov Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri olub. O, 2018-ci ilin dekabr ayında bu vəzifədən azad edilib.

1