Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

ÖLKƏ
14:01 / 14.04.2022
1144

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafızə Xidmətinə yeni rəis müavini təyin olunub.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, daxili xidmət polkovnik-leytenantı Azad Əliyev Dövlət Yanğından Mühafızə Xidmətinə rəis müavini təyin edilib.

Qeyd edək ki, bu vəzifəyə qədər Azad Əliyev Dövlət Yanğından Mühafızə Xidmətində şöbə müdiri olub. 

1