Operativ qərargah 2 vacib məlumatı əhaliyə çatdırdı

ÖLKƏ
16:41 / 14.04.2022
1064

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 320 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 440 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib, aktiv xəstə sayı 175 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 008, ötən müddət ərzində isə ümumilikdə 6 759 211 test aparılıb.

Digər bir məlumata, Azərbaycanda son sutkada koronavirus əleyhinə 7 603 vaksin vurulub.

Bu barədə HİT.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 538, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 6 018, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 495 nəfərdir.

0