22 yaşlı balaca rəqqasə: “Lağ edənlərə heç nə deməmişəm” - VİDEO

ÖLKƏ
22:56 / 14.04.2022
960

Boyuma görə lağ edənlərə heç nə deməmişəm. Onlara qazandığım uğurlar, iradəm, gücüm vasitəsilə sübut edə bilərəm ki, biz heç də digər insanlardan geri qalmırıq.

Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin növbəti qəhrəmanı Ülviyyə Qarayeva deyib.

22 yaşlı Ülviyyə anadangəlmə fiziki məhdudiyyətlidir. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alır.
O, uşaq olarkən səhhətinə görə çoxlu müalicələr alıb. Amma üzləşdiyi çətinliklərə baxmayaraq, ruhdan düşməyib.

Ülviyyə deyir ki, 15 yaşına qədər boyuna görə kompleks yaşayıb. Lakin zamanla bundan da xilas olub.

0