Azərbaycanda son sutkada 15 nəfər koronavirusa yoluxdu

ÖLKƏ
16:36 / 15.04.2022
571

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, ötən sutka koronavirusdan ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 335 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 467 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib. 163 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 613, bu günə qədər isə ümumilikdə 6 762 824 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 7 549 vaksin vurulub.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 659, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 521, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5928, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 441 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 582 353, birinci doza peyvəndlərin ümumi sayı 5 333 499, ikinci doza vaksinlərin sayı 4 835 459 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 177 699, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 235 696 olub.

0