Nazirin bacanağının şirkəti “Azərsu”nu məhkəməyə verdi

ÖLKƏ
16:45 / 15.04.2022
1500

Azərbaycanın sığorta bazarında ən iri şirkətlərdən biri olan "Azsığorta” ASC "Azərsu” ASC-ni məhkəməyə verib. 

HİT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır. 

Məhkəmə çəkişməsinin səbəbi sığorta müqaviləsi üzrə mübahisələrdir. 

"Azsığorta” ASC 11 oktyabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 300 000 AZN olan ASC-nin qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.

Mediada gedən və təkzib olunmayan məlumatlara görə, "Azsığorta” ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. O, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. 

0