Türkiyə bütün ölkələrə QADAĞA QOYDU - Yalnız Azərbaycan...

ÖLKƏ
17:34 / 15.04.2022
1307

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida və Nəzarət Baş İdarəsi Şimali Kipr və Azərbaycan istisna olmaqla kərə yağının ixracına qadağa qoyub.

HİT.az Report-a istinadla xəbər verir ki, bu qərar ölkədə kərə yağı çatışmazlığının qarşısını almaq, tələb-təklif balansını qorumaq məqsədilə qəbul edilib.

Bu ilin I rübündə Türkiyə 34 milyon ABŞ dolları dəyərində kərə yağı ixrac edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 56 dəfə çoxdur.

0