Moped sürənlərin nəzərinə: Sürücülük vəsiqəsi tələbi gəlir - VİDEO

ÖLKƏ
18:08 / 15.04.2022
871

Paytaxtda motonəqliyyat vasitələrinin sayı günbəgün artır. Əvvəllər belə minik vasitələri ilə ara-sıra qarşılaşırdıqsa, indi hər küçə və prospektdə qarşımıza çıxırlar.

Bu da digər sürücüləri narahat edir. Onların sözlərinə görə, bəzən belənəqliyyat vasitələri yollarda təhlükəli şərait yaradırlar. Hətta mopedlərin sürücülük vəsiqəsi olmadan da idarə edilməsi narazılıqla qarşılanır.

HİT.az Xəzər TV-yə istinadən xəbər verir ki, ancaq artıq belə nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı da qanunvericiliyə dəyişiklik edilir. Yeni qaydalar kiçik həcimli moped, motoroller və digər bu tipli nəqliyyat vaistələrinə şamil olunacaq. Motonəqliyyat sürücüləri arasında isə dəyişikliklər birmənalı qarşılanmır.

Baş dövlət yol polis idarəsinin rəsmisi Mübariz Ağayev deyir ki, mühərrikin həcmi 50 kub santimetrdən az olan mexaniki nəqliyyat vaistələri hazırda qeydiyyata alınmır.

Onları idarə edənlərdən sürücülük hüququ da tələb edilmir. Ancaq bəzən istehsalçı zavod tərəfindən həmin minik vasitələrində maksimal sürəti saatda 50 kilometr göstərilsə də daha çox sürət yığa bilirlər.

Bəzi sürücülər isə bunu fürsət bilib həm öz həyatlarını, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atırlar. Yeni qaydalarda da məhz bu amillər nəzərə alınıb.

Bəzən sürücülük vəsiqəsi olmadan idarə edilən nəqliyyat vasitələrinin iştirakı ilə törədilən avtoqəzalarda sığorta məsələsi ilə bağlı problemlər ortaya çıxır. Mübariz Ağayev bildirir ki, belə hallarda araşdırma aparılır və məsələyə hüquqi qiymət verilir.

0