İçərisində Azərbaycan vətəndaşları olan gəmi batdı

ÖLKƏ
08:34 / 16.04.2022
2104

Tunisin Qabes şəhərinin limanı yaxınlığında ticarət gəmisi batıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Mosaique FM” radiostansiyası məlumat yayıb.

Gəminin Türkiyə və Azərbaycan vətəndaşları olan yeddi ekipaj üzvünün hamısı xilas edilib.

Qabes xəstəxanasına çatdırılan zərərçəkənlərin vəziyyəti stabil qiymətləndirilir.

Bildirilir ki, Ekvatorial Qvineyadan hərəkət edən gəmi su sızması səbəbindən batmağa başlayıb, bundan sonra ekipaj üzvləri siqnal məşəlləri atıblar və bu, sahil mühafizəsinin diqqətini çəkib.

2