Qəbələ rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
u200b"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qəbələ-Qəmərvan avtomobilu200b yolunda qeydə alınıb.
Ellada Abdurrəhmanovanın idarə etdiyi "Mitsubishi" markalı avtomobillə Seymur Fərziyevin idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.u200b
Nəticədə "Mitsubishi"nin sürücüsü E. Abdurrəhmanova, onun sərnişinləri Aytən Quliyeva və Sevil Şükürova ağır bədən xəsarətləri ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, xəsarət alan hər üç qadın Qəbələ Rayon Mərkəzi Xəstəxanasında çalışırlar.


