Vilayət Eyvazov yüksək vəzifəli polisi işdən çıxardı

ÖLKƏ
10:47 / 18.04.2022
2174

Daxili İşlər Nazirliyinin polkovniki işdən çıxarılıb. 

Manset.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.  Əmrə əsasən, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Cəfər Fərzəlizadə tutduğu vəzifədən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.

0