Əmlak icarəsindən dövlət büdcəsinə daxilolmalar artıb

ÖLKƏ
11:30 / 18.04.2022
1131

Azərbaycanda daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar artıb.

Hit.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında paylaşım edib.

"Bu ilin yanvar-mart ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 76,5 % artaraq 6 milyon 371,3 min manat olub", - nazir bildirib.

0