Operativ Qərargah iki məlumatı əhaliyə çatdırdı

ÖLKƏ
16:37 / 18.04.2022
2514

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hit.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 0 nəfər vəfat edib.

 Operativ Qərargahın verdiyi digər məlumata görə, Azərbaycanda son sutkada koronavirus əleyhinə vaksin vurulmayıb.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 595 242, birinci doza peyvəndlərin ümumi sayı 5 334 494, ikinci doza vaksinlərin sayı 4 836 495 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 187 702, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 236 551 olub.

0