Sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ! - Bu tələb ləğv edildi

ÖLKƏ
14:57 / 19.04.2022
1477

Ünvanlı dövlət sosial yardımı üçün müraciətə baxılan zaman kreditin gəlir kimi nəzərə alınması ləğv edilib. Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumuna nisbəti artırılaraq 10 faizdən 15 faizə çatdırılıb.

HİT.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda bildirilib.

Qeyd olunub ki, yardım təyinatından sonra ailə tərkibində dəyişiklik nəzərə alınmadan artıq yalnız ailənin gəlirlərdə baş vermiş dəyişiklik nəzərə alınır.

Həmin gəlirlərdə olan dəyişikliklərlə bağlı məlumatverilmə müddəti isə 5 iş günündən 15 iş gününədək uzadılıb. “Ünvanlı yardım” altsisteminin yeni, sadələşdirilmiş versiyası istifadəyə verilməklə, 10 istiqamət üzrə gəlir və statuslar vətəndaşlar tərəfindən deyil, müvafiq elektron sistemlərdən əldə edilir. //baku.ws

0