Operativ Qərargah bu iki məlumatı əhaliyə çatdırdı

ÖLKƏ
21:44 / 19.04.2022
1341

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hit.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 572 nəfər müalicə olunaraq sağalıb, 9706 nəfər vəfat edib, aktiv xəstə sayı 113 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4553, ötən müddət ərzində isə ümumilikdə 6 776 404 test aparılıb.

Operativ Qərargahdan verilən gidər məlumata görə, ​​​​​​​Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 7117 vaksin vurulub.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 627, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 525, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 552, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 413 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 602 359, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 335 121, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 837 020, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 193 254, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 236 964 nəfər təşkil edir.

0