Vüqar Gülməmmədov parlamentdə hesabat verib - YENİLƏNİB

ÖLKƏ
13:50 / 20.04.2022
911

Bu gün Milli Məclisdə komitə iclasında Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunub.

Hit.az xəbər verir ki, müzakirələrdən sonra deputatlar hesabatı Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

***10:59

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

Hit.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabat müzakirə olunur.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da iştirak edir.

Müzakirələrdən sonra hesabat Milli Məclisin plenar iclasına tövsiyə ediləcək.

0