Operativ Qərargah vacib iki məlumat yaydı

ÖLKƏ
20:10 / 20.04.2022
937

Azərbaycanda bu gün koronavirus infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hit.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan dünyasını dəyişən olmayıb.

Operativ Qərargahdan verilən digər məlumata görə, Azərbaycanda son sutkada koronavirus əleyhinə 6 332 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 500, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 399, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 048, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 385 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 608 691, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 335 621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 837 419, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 198 302, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 237 349 nəfər təşkil edir.

1