Rusiya-Ukrayna müharibəsi bu halda BİTƏ BİLƏR

ÖLKƏ
13:04 / 21.04.2022
1676

Rusiya-Ukrayna müharibəsi iki ölkənin liderləri - Vladimir Zelenski və Vladimir Putin arasında birbaşa danışıqlarla başa çata bilər.

32gun.az xəbər verir ki, bunu telemarafonda Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Bu gün Ukraynadan olan hüquqşünaslar, məsləhətçilər və danışıqlar qrupu bunun üzərində işləyir. Buna uyğun olaraq, biz ümid edirik ki, prezident Vladimir Zelenskinin mövqeləri bu danışıqlarda son dərəcə güclü olacaq", - o deyib.

Podolyak əmindir ki, Zelenski danışıqlar zamanı Ukrayna üçün əsas şeyləri Putinə çatdıra biləcək. Hadisələrin necə inkişaf edəcəyi yaxın 10 gün ərzində bəlli olacaq.

"Ukrayna Silahlı Qüvvələrinin bu gün ölkənin şərqində taktiki qələbələr əldə etməkdən başqa yolu yoxdur. Bizim azad olmağımız və düşərgədə yaşamamağımız prinsipial olaraq vacibdir", - Podolyak deyib.

 

0