Sabiq deputatın qardaşı yenidən məhkəmə qarşısında

ÖLKƏ
19:20 / 21.04.2022
1108

Sabah Bakı Apellaysiya Məhkəməsində keçmiş deputat, koronavirus infeksiyasından dünyasını dəyişən Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovla bağlı şikayətə baxılacaq. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, şikayəti istintaq orqanı verib. 

Elşən Cəbrayılov aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub. Nərimanov RPİ-in İstintaq idarəsində onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi başlanılıb.

Aprelin 12-də Nərimanov rayon Məhkəməsi Elşən Cəbrayılov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatını əsassıs sayıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

0