Ukraynada yaşayan azərbaycanlı ruslara əsir düşdü

ÖLKƏ
20:34 / 21.04.2022
1191

Ukraynada yaşayan azərbaycanlı Rusiya hərbçiləri tərəfindən əsir götürülüb.

HİT.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Esmira Qasımova məlumat verib.

O bildirib ki, əsir düşən şəxs əmisi oğlu Hafiz Qasımov uzun illər Ukraynada yaşayıb:

"Əmim oğlu Hafiz Qasımov (Kasumov) Ukraynada gedən döyüşlərdə Zaporoje vilayəti, Enerqodar şəhərində ruslara əsir düşüb. Uzun illərdir ki, (1980-ci illərdən) Ukraynada yaşayır. 62 yaşı var".

0