Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir

ÖLKƏ
13:58 / 22.04.2022
1205

Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir.

Bu barədə Hit.az-a- bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.

Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

0