Bakıda nişanlısını öldürən polis mayor imiş - YENİLƏNİB

ÖLKƏ
14:29 / 22.04.2022
1098

Bakıda nişanlısını öldürüb daha sonra intihar edən polis əməkdaşı Tural Aslanovun vəzifəsi və rütbəsi məlum olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, o, Xəzər Rayon Polis İdarəsində müstəntiq vəzifəsində çalışıb.

Qeyd edək ki, T.Aslanov mayor rütbəsini daşıyıb.

*** 14:15

Bakıda polis nişanlısını öldürüb, daha sonra intihar edib.

HİT.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

Məlumata görə, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər RPİ-nin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib.

Faktla bağlı araşdırmalar aparılır.

1