Son sutkada 12 nəfər koronavirusa yoluxub, ölən olmayıb

ÖLKƏ
16:34 / 22.04.2022
789

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hit.az-a verilən məlumata görə, ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 457 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 621 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib. 129 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 331, bu günə qədər isə ümumilikdə 6 788 729 test icra olunub.
 
Son sutkada koronavirus əleyhinə 4 811 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 477, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 267, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 779, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 288 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 619 356, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 336 706, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 837 999, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 206 660, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 237 991 nəfər təşkil edir.

0