Bakıdan Naxçıvana müraciət: Reyslər açılsın

ÖLKƏ
11:44 / 26.05.2020
1109

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov nümayəndəliyə olan çoxsaylı müraciətlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reyslərinin açılması ilə əlaqədar məktubla müraciət edib.

HİT.Az bildirir ki, bu barədə Daimi Nümayəndəliyin rəsmi saytında (ndn.az) məlumat yerləşdirilib.

Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reysləri 2020-ci il aprel ayının 5-dən dayandırılıb.

0