Metroda iki gənc qızın bu əməlinə görə polis təcili hərəkətə keçdi 

ÖLKƏ
13:26 / 27.04.2022
1423

İki gənc qız "20 Yanvar" stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar.

Bu barədə HİT.az-a Bakı metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Dərhal "20 Yanvar-İnşaatçılar" mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə "20 Yanvar" stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.

0