Qazaxda Belarus vətəndaşları arasında dava - xəsarət alanlar var

ÖLKƏ
21:19 / 27.04.2022
1111

Qazax rayonunda Belarusun üç vətəndaşı arasında münaqişə olub.

Hit.az report-a istinadən xəbər verir ki, hadisə Kür çayının qırağında qeydə alınıb. Belarus vətəndaşları içki məclisində iştirak edən zaman aralarında mübahisə yaranıb. Bu zaman onlardan ikisi digərini döyərək müxtəlif xəsarətlər yetiriblər. Xəsarət alan xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

0