İlkin Süleymanovun qardaşı Baş prokurorla görüşüb məktub verdi - Orada hansı gizli məlumatlar yer alır?

ÖLKƏ
17:33 / 29.04.2022
1253

10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən və istintaqı davam edən İlkin Süleymanovun qardaşı Adil Süleymanov Baş prokuror Kamran Əliyevin qəbulu ilə bağlı danışıb.

Adil Süleymanov Sfera.az-ın yerli bürosuna bildirib ki, Baş prokuror onları Ağstafa rayonunda Qazax,Tovuz və Ağstafa rayonundan olan vətəndaşları qəbul edərkən dinləyib.

"Baş prokuror cənab Kamran Əliyevlə görüşümüzlə bağlı müraciətimizə operativ cavab verilib. Bu görüşün özünü müsbət qiymətləndiririk, çox sağolsunlar. Əmim Süleyman Süleymanovla mən görüşdüm. Görüşdə Kamran Əliyevə yazdığımız bir çox məlumatlardan ibarət məktub verdik, həmçinin bəzi məlumatları Baş prokurorun özünə dedik. Kamran Əliyev sağolsun məsələ ilə bağlı elə bizim yanımızda bəzi tapşırıqlarını verdi. Həmçinin tapşırıq verdiki, əlimizdə olan məlumatları aidiatı qurumlara təqdim olunsun.'- deyə A.Süleymanov bildirib.

Məlumat üçün qeyd edək ki, cinayətdə şübhəli bilinən İlkin Süleymanovun məhkəmə prosesi bir ilə yaxındır davam edir və İlkin Süleymanov cinayət məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur.

0