İsmayıllıda maarifləndirici görüş keçirildi - FOTOLAR

ÖLKƏ
18:29 / 29.04.2022
1542

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Region gəncləri arasında dini radikalizm və ekstremizmin meyillərindən qorunma mövzusunda maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində sonuncu maarifləndirici görüş 29 aprel 2022-ci il tarixində İsmayıllı rayonunda keçirilib.

Keçirilən görüşdə “Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyinin sədri Cavid Əliyev çıxış edərək layihənin keçirilmə məqsədi və hədəfləri barədə iştirakçılara ətraflı məlumat verib. 

Daha sonra İsmayıllı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov rayonda bu istiqamətdə görülən işlər haqqında çıxış edib.

Görüşdə həmçinin QMİ-nin İsmayıllı rayonu üzrə nümayəndəsi Vasif Teymurov çıxış edərək dövlət tərəfindən bu sahədə həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb. 

Rəsmi çıxışlar yekunlaşdıqdan sonra görüş diskussiya formatında davam edib.

0