Operativ Qərargah təcili iki məlumat çatdırdı

ÖLKƏ
18:57 / 02.05.2022
1375

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hit.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.

Operativ Qərargahın verdiyi digər məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı0, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 0 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 653 670, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 340 336, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 840 600, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 232 352, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 240 382 nəfər təşkil edir.

0