Azərbaycanda golf meydançasında QƏZA: yaralananlar var

ÖLKƏ
10:16 / 04.05.2022
559

Azərbaycanda golf meydançasında qəza baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb.

Rayon ərazisində yerləşən golf meydançasında istirahət edən Rusiya vətəndaşları Lyubov Seredkina, Larisa Xurasteyeva və Reneta Safarqaliyeva golf arabası idarə edərkən arabanı aşırıblar. Nəticədə onların hər üçü xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

0